Bir saqiyi-baqi ki, vəfa qıldı vüsalə,Lütf ilə nəzər qıldı mana, sundu piyalə.

İçdim qədəhi-pürmeyi mə’şuqə əlindən,Cismim qamu can olduvü can uğradı halə.

Can məsti-ələst olduvü la-yə’qəlü heyran,Könlüm qədəhi dürdü içib irdi zülalə.

Hər bir səri-mu Mənsur olub söylər ənəlhəq,Həqqa mey içənlər irişərlər bu xəyalə.

Hər kimi ki, yaxmadıvü yandırmadı firqət,İrmədi Xəlil kimi bu gün nuri-vüsalə.

Yandırdı, bəli, eşqin odu, qıldı məni kül,Eşqində kül olan irişər külli-kəmalə.

Dəxi nedərəm dünya mənə ərzani qılsa,Səni dilərəm, qılma məni qeyrə həvalə.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, qədəh iç, əbsəm, əzəldən şəhi-təqdirHər kimsəyə öz qədri ilə sundu nəvalə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви