Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm,Xəncər ilə yürəgimi yar, səndən dönməzəm.
Ey sənəm, eşqin yolunda qamətintək doğruyam,Çəksələr Mənsurləyin bər-dar, səndən dönməzəm.
Müshəfi-hüsnün həqiçün, ey dilaramım mənim,Anca kim, bu təndə canım var, səndən dönməzəm.
Gər Zəkəryatək məni başdan ayağa yaralar,Başıma ərrə qoya nəccar, səndən dönməzəm.
Leyliyi-şeyda idim seydinə düşdüm, ey nigar,Yanaram Məcnun kimi mən zar, səndən dönməzəm.
Rindi-rüsvayəm, başımda vardır sevdayi-eşq,Namü nəngi qoymuşam, həm ar, səndən dönməzəm.
Hüsnünə mən aşiqəm, ey dilbər, əgər sən manaQılasan min gəz cəfa, dildar, səndən dönməzəm.
Kə’bədə istər idim, bütxanədə buldum səni,Bağladım uş belimə zünnar, səndən dönməzəm.
Möhnətindən, ey pəri, haşa ki, mən üz döndərəm,Yanaram pərvanətək bər-nar, səndən dönməzəm.
Макта — последний бейт с тахаллусом поэта. Hər rəqibin gündə min gəz tə’nəsin nuş eylərəm,Mən Nəsimi, sən pəri, zinhar səndən dönməzəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-bir-cefakes-asiqem-ey-yar-senden-donmezem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sənin eşqindir, ey dilbər, mana həm mürşidü həm pir,Qəfil mən eşqinə düşdüm, nədir çarə, nədir tədbir?
Sənmisən, ey mahsurət, cənnətin eynində hurSənmisən, ey mahsurət, cənnətin eynində hur,Gözlərin eyni-bəladır, vəchinin alnında nur?
Səfavü zövqi-dünyaya, könül, aldanma, al eylərSəfavü zövqi-dünyaya, könül, aldanma, al eylər,Səni salar bu sevdaya, özü qeyri xəyal eylər.
Sərvin qatında sidrəvü Tuba rəvan olurSərvin qatında sidrəvü Tuba rəvan olur,Lə’lin şərabi-kövsərin içən rəvan olur.