Ömrün yollarında yoxuşlar olar,Əsla qorxutmayır yoxuşlar məni.Arzum nə saralar, nə də ki, solar,Döysə də tufanlar, yağışlar məni.

Kiçik bir damlayam, beşiyim ümman,Bu böyük ümmana neyləyər tufan.Bir an da döndərə bilməz yolumdan.Nə o sərt qayalar, nə daşlar məni.

Səsimə səs verər vətənim, elim,Həmişə nəğmələr deyəcək dilim.Açıb zəmi-zəmi qızıl sünbülüm,Hər səhər şəfəqlər naxışlar məni...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе