Qatar
Qaçır qatar,Uçur qatar,Taraq-taraq,Düşür qalırPolad izi.Yollar ilədaraq-daraqyerin üzü.Qaçır qatar,Uçur qatarElə bil ki,Uçur külək.Bir şəhər insan dəniziAtıb onuSahilindənbir dalğatək.Qaçır,UçurVaqon-vaqonÜrək,Arzu,Ümid,Nicat.Qatara çat,Qatarı tut,Qatarı qoymaqaçmağa.Elə yeri,Qalma geri.Qoy qatar olsunbaşmağın.Qaçır qatar,Uçur qatarBu nəğməniçarxlar çalır:
“Mən zamanam,çatın mənə,Tutun məni...Çatan çatır!Qalan qalır!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-qatar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
DilimBir yerə düşəndə anla yerini,Gətirmə başıma bəlanı, dilim.