Ağlamağı bacarırsan bilirəm,Gözlərinin yaşını bir silsənə.Bir yol de ki, ağlamıram gülürəm,Bata bilməz tufan sənə, sel sənə.

Yazıqları heç kəs saya salmayıb,Özü deyil, göz yaşıdı görünən.Yazıq olub heç kəs haqqın almayıbHaqqı deyil, paydı ona verilən.

Yazıqlarda nə yaxşı var, nə də pis.Yazıq gəlmək – qiymət deyil insana.Onlar üçün çox yansa da qəlbimizMərhəmətdi – hörmət deyil insana.

Ağlayanda gərək bərkdən güləsən...Bunu yaxşı bilirəm mən özüm də,Çox çətindi bu dünyanı görəsən,Göz yaşları görünməyə gözündə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви