Dünyanın işləri keçib gedəcək,Hər şeyi sahmana salacaq həyat.Yerin allahları köçüb gedəcək,Qalacaq insanlar, qalacaq həyat.

Xatirə çalacaq qaynar sazında,Buludlar göylərdə göllənəcəklər.Ağaclar torpaqla göy arasındaYaşıl tellər kimi dillənəcəklər.

Ölən gözəlliklər, ölən gözəllərTəzədən yaranar, sevilər yenə.İnsanlar yenə də vüsal gəzərlər,Həsrət aparalar mənzillərinə.

Bulaqlar qaynayar qədim illərdən,Uzaq əsrlərdən küləklər əsər.Min ilin tanışı rastlaşar hərdən,Hərəsi bir yana yenə tələsər.

Yenə güləşərlər – “görək kim haqdı”,Torpağa qoyular asılan, asan.Yenə də xoşbəxtlik axtaracaqdıDünyanın ən xoşbəxt canlısı insan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов