Balalarıma
Ağlama, balam, ağlama,Bu dünya düzələn deyil,Ağlama, balam, ağlamaGedənləri gələn deyil.
Demə ki “var”, deynən “vardı”.Ömür köç gedən yollardı.Getdi borcunu qaytardı,Öldü bir də ölən deyil,Ağlama, balam, ağlama.
Heç bura da gəlmə hər gün,Sağ ol, yada salıb gəldin.Sən ağladın, ya da güldün,Atan burda bilən deyil,Ağlama, balam, ağlama.
Vüqarlı gəz bundan belə,İnsanlarla ver əl-ələ,Heç bir ölü dirilərləQalxıb dərd-sər bölən deyil,Ağlama, balam, ağlama.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-qoca-balalarima
Клавиши ← → для перехода, R — случайное стихотворение