Ağlasın
Göz yaşım naməsi qasid əlində,Oxuyub, əhvalım bilən ağlasın.Can verdim istəkli canan yolunda,Dərdü qəmim xəbər alan ağlasın.
Uçub ruhum getdi, gəlmir nəfəsim,Yaralı bülbül tək kəsilməz səsim.Vahidəm, bu eldə yoxdu bir kəsim,Qərib qayğısına qalan ağlasın.
Qəm coşub sinəmdə, artıb azarım,Kəsilib ümidim, səbrü qərarım.Kimlər qazar qürbət eldə məzarım?Qəbrimin üstünə gələn ağlasın.
İmanam, ah çəksəm, yıxılar dağlar,Saralar bağçalar, pozular bağlar.Dəmbədəm yaş tökər, gözlərim ağlar,Görsün bu halımı, gülən ağlasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-aglasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Başdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm
Sən getdinSən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.
SəniDuma qatarıdır, uçan arzular,Sevdalı qəlbimdə bir nisgilim var.
Ah kim, köksümin sənsiz çak-çak etdi fəraqAh kim, köksümin sənsiz çak-çak etdi fəraq,Natəvan könlümni qəmdən dərdinak etdi fəraq.