Zəlilü natəvan, əlacsız yazıq,Sən olasan mənim canım, ağlama!Artırma dərdimi həddən ziyada,Qoy mən eşq oduna yanım, ağlama!

O ağlar gözünə olum sadağa,Ahusan, səyyadam, gəl çıxaq dağa.Leylisən, Məcnunam, enək bulağa,Söylə mətləbini qanım, ağlama!

Dünyadan əl üzüb İman aşkara,Neyləyim bu dərdə mən bəxti qara.Səni ağladanlar düşsün azara,Ömürdən beş qalıb sanım, ağlama!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости