Müqərrərdi, gərdiş vururÇarxı-dövran başabaş;Bir gün gələr, vaxt yetişər,Olar viran başabaş.Gecə-gündüz Şəmü Qəmərİşıq salır cahana;Zinət verir xak üstünəƏbrü baran başabaş.

Yüz iyirmi dörd min nəbiTən Pənci-Ali-Əba;Altı əfzəl, beş ülüləzmYazılmışdır kitaba;On iki imam caharidəhMəsumin gəlir hesaba;Onları əşrəf yaradıbBir hökmran başabaş.

On səkkiz min aləm ki varAlimlərin dilidir;Ustadlığı izhar edənŞahi-Mərdan Əlidir.Yetmiş iki millət ki var,Haqq islamın yoludur;Mənada bir əlif ğainOlub Quran başabaş.

Hər zaman ki, məscidlərdəOxunar əziz kalam,Məhəmmədi istəyənlərVerər salavat, salam.Hər işlərdən agah olur,Bilir həyyi-layənam;Qərar qoyub hər nizamıOdur quran başabaş.

İnsü cinnü murü mələxVəhşi, teyrü heyvanat,Hurü qılman, narü Rizvan,Nuri-ənvər, kainat,Dağü daşü bərrü bəhrüHökmi-ərzü samavat,Beş kimsədi, səbəb olubLəngər duran başabaş.

Rəsulullah merac etdi,Gətirdi oruc, namazı,Mömin olar tutub qılanXoşdur dildə avazı;İki mələk müvəkkildir,Səvab-üsyanan yazı,Günahkarı yandıracaqNari-niran başabaş.

Bu dünya ki qərar tutmuşGavü mah üstündədir;Haqqı bilmək xəyalındaDoğru rah üstündədi.Novrəs İman nə qəm çəkir,Bir Allah üstündədi;Xəlq eləyib, nitq verib,Olub imran başabaş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов