Pərdə çək eybinə zülmət kimi, xəlqin daim
Pərdə çək eybinə zülmət kimi, xəqin daim,
Gər dilərsən ki, nəsib ola sənə abi-həyat.
Qılma xürşid kimi, eybnümalıq ki, fələk
Yerə salmayə səni bə'di-ülüvvüd-dərəcat.
Cəhd qıl zatın ola məzhəri-asari-qəbul,
Qılmaz ol cahə təfaxür ki, ola xarici-zat.
Fəzl olur, sanma sənə mənzilətü-əslü nəsəb,
Cah olur, sanma sənə kəsrəti-əsbabü cihat.
Ariyətdən özünə qlma qəmərtək zinət,
Qeyridən ariyətin nur isə, həm yazıya at.
Kitabxana.az · https://kitabxana.az/ru/works/fuzuli-qite-6-perde-cek-eybine-zulmet-kimi-xelqin-daim
Клавиши ← → для перехода, R — случайное стихотворение