Aralı
Qəzanın gərdişi tərsə dolandı,Necə düşdüm əziz eldən aralı.Ömrümün gülşəni yeksər talandı,Bülbül kimi oldum güldən aralı.
Tənəzzül gətirdi, iş oldu müşgül,Dərd üz verir, mən ağlaram müttəsil.Sərgərdan, avara, həm zaru xəcil,Qalmışam bir şirindildən aralı.
Nə görmür gecələr həsrət gözüm xab,Eşitsə naləmi, kim eyləyər tab?Yarəb, necə oldu alagöz Səhlab?İman gəzir o səfildən aralı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/novres-iman-arali
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Qadasın aldığım
Səhər səhər əsən yellər,Əsmə, qadasın aldığım.
GörümBülbül kimi bu gülşənə gəlmişəm,Lalə görüm, sünbül gorüm, gül görüm.
MürəbbeAnın üçün uymaz qeyriyə könlüm,Bir əcəb molladır mənim sevdiyim,
Qəzəl: Yetərmi rişteyi-can gövhəri-yəganə sənəYetərmi rişteyi-can gövhəri-yəganə sənəKi gün kəməndi onun yetməz astanə sənə