Axşamdan bəri yağış yağır.İslanıb sinəmdə ürəyim,ürəyimdə sözlərim.Yuyulubkədərsiz, sevincsiz qalıbgözlərim.Pəncərəmizin şüşəsi kimiaçıq, soyuq,“Yox”u yox, “hə”si yox.Küçələr ölü balıq kimiişıldayır.

Dünəndən məlakələrMəscidlərin günbəzini yuyur.Axşamdan yağış yağır,islanıb nənəminsandığında gəlinlik paltarı.Bu yağışdayuyulub qurtarıb qarı.Yağışdan gülüşlərislanıb, soyuyub.Yağış, dodaqlardansözləri yuyub.Bir yandan daqapılar taybatay.Yağış az imiş,bir yandan da dünəndən nənəm zarıyır,bala vay, bala vay!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе