Gəl bir nəğmə oxuyaq –bir sözünü sən debir sözünü mən.İkimiz də birdən oxuduq,İkimiz də birdən dedik:Vətən, Vətən.Gəl bir nəğmə oxuyaq –bir sözünü sən de, bir sözünü mən.Olmasın sözümüz təkrar.İkimiz də birdən dilləndik,İkimiz də birdən dedik:Yar, yar.

Gəl bir nəğmə oxuyaq –bir sözünü sən de, bir sözünü mən –Hər kəs ürəyindən gələnSözü desin, yana-yanaİkimiz də birdən zarıdıq:Vay ana, vay ana.Gəl bir nəğmə oxuyaq –bir sözünü sən de, bir sözünü mən.İkimiz də susduq birdən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов