Salam, Rəsul Rza!Yenə də özümlə söhbətim səndən düşdü,Salam, şair,bilirəm, şair ömrü uzun işdi.Həmişə ürəyin ovcundaürəyinə yağırqar, yağış,söz, baxış,tərif, tənə.Gələn salamsız, kəlamsızbirbaşa daxil olur ürəyinə,Papaqlı, ayaqqabılı, paltolu,Gedən ürəyindən gedir,Şair ürəyi el yoludur,el yolu,Həmişə yüklü, dolu.Nə qədər illər,Nə qədər dostlargedib bu yolla,Yetim qalmış xatirələriürəyində xəlvət-xəlvətsızlayanda.Ürəyinin könlünü alırsanvalidolla

Yadından çıxır öz dərdin-sərin.Həmişə təzyiq altındadırzamanın barometri – əsəblərin.Baxıram üzünə, kefin xarabsa,deməli, bədbəxtlik üz veribhansı ölkəyəsə, harasa.Kiminsə taleyi tapdalanıb.Hansı xalqınsaazadlığı talanıb.Dünyada nələr olur,nələr.Sənin gözlərində ağlayır, gülürağlayan, gülən nəğmələr,Yenə də özümlə söhbətimsəndən düşdü.Salam, Rəsul Rza,Bilirəm, şair ömrü uzun işdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов