“Laylay”
Yat gözümün qarası,Ciyərimin parası,Laylay ürəyim laylay,Arxam, dirəyim laylay.
Göydə bulud sovuşsun,Kirpiklərin qovuşsun.Laylay quzum a laylay,İki gözüm a laylay.
Sən nə şirin balasan,Görüm yüz il qalasan!Laylay baharım laylay.Laylay nübarım laylay.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-laylay
Клавиши ← → для перехода, R — случайное стихотворение