Biri qaşa bənd olur,Biri gözə bənd olur.Biri şirin söhbətə,Şirin sözə bənd olur.

Birisi uca boyu,Çox şey biləni sevir.Biri hər şeydən artıqDeyib-güləni sevir.

Hər kənddə, hər şəhərdəNə çoxdur gözəl oğlan.Qızlar, xoşlayın, sevin,Sevmək deyil qadağan!

Gözəllik yaxşı şeydir,Qoy xoş sifətli olsun,Oturanda, duranda,Şirin söhbətli olsun.

Enli kürəklini dəSevsəniz yaman deyil,Gödək boyluya amma,Deməyin oğlan deyil!Qoy sizi aldatmasınBircə üz gözəlliyi.Zəhərli ilanın da,Vardır öz gözəlliyi.

Siz ey Vətən qızları,Ömrünüz bahar olsun!Sevin, amma ortadaİnam, etibar olsun.Sevdiyiniz oğlanın

Qoy enli kürəkləri,Qüvvətli biləkləri,Şirin sözü, söhbəti,Ürək açan sifəti,Qəşəng göz-qaşı olsun.Qızlar, çalışın, amma,Bu gözəl oğlanların,Bir də açıq ürəyi,Ağıllı başı olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов