Sirr
Çoxu baxdı, ey mələk, qolumdakı yarayaÇox həkimlər yığışdı, aldı məni araya,Kəsilsin qolun gərək, cavan oğlan – dedilər.Bu da bir qəziyyədir olub-olan – dedilər.
Sən kəsib doğradıqca sümüyümü, ətimi,Nə bircə uf söylədim, nə bir amanı çağırdım,Unudub ağrıları, toplayıb qüvvətimi,Çünki sənin gözünə heyran-heyran baxırdım.
Bilmirəm ki, nə sirrdir, bıçağın altında mən,İnləmədim, dayandım bir qocamanı dağ kimi?!Amma səni görərkən indi uzaqdan həmən,Ürəyim tir-tir əsir yel vurmuş yarpaq kimi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-sirr
Клавиши ← → для перехода, R — случайное стихотворение