Yaxşı xatırımdadır,Yaşım on olmamışdı,Nə yazdı, nə payızdı,Şaxtalı, qarlı qışdı,Dərsə səhər gedərdim,Məktəb deyildi uzaq.Həyətdən bir çıxardıqHər gün bir dəstə uşaq.Bir gün elə yağdı qar,Bir gün elə yağdı qar,“Görünməyib belə qış”,Söyləyirdi adamlar.Az qalırdı lap qarınAltında qala damlar.Yollara düşməmişdiNə bir ləpir, nə bir iz,O gün evdə oturduq,Dərsə də getmədik biz.Xatırımdan keçir bax,Yenə də bircə-bircəDoğulduğum köhnə ev,Oyandığım dar küçə...Baxtımız gətirmədi,Yaman şaxtaydı, qardı,Nə evdən çölə çıxmaq,Nə oynamaq olardı.Pəncərədən baxırdımKüçəyə dörd gözlə mən,Bayır elə gözəldi,Bayır elə gözəldi,

Necə deyim, sözlə, mən?Birdən nə gördüm, aman,Doğrusu, qorxdum yaman.Qara bir şey şığıdı,Pəncərəyə dəydi bərk.“Bu nə olar?” düşündüm,Əsməyirdi heç külək.Nə yumaqdı, nə daşdı,Kim atmışdı onu bəs?Sən demə bala quşdu.Axı, quşlar şaxtayaDavam gətirə bilməz.Pəncərəni tez açdım,Əlimə aldım onu.Ovucumda saxladım,Dedim, açılsın donu.Ovucumun içindəBir az qızdı bədəni.Dedim, indi gəl, quşum,Yedizdirim mən səni.Ona darı gətirdim,Qabağına su qoydum.Tıqhatıqla dənlədi,Heç demədi ki, doydum.İsti otaq, bollu dənDeyən xoşuna gəldi.Bala quşum hey yedi,Günü-gündən dirçəldi.Bala sərçə, ev quşuBizə elə alışdı,Hər şeydən gəldi xoşu.Məktəbdən dönəndə mənTez qanad açardı o,Evdə o baş-bu başaUçardı, uçardı o.Əlimdə dən tutardım, –Qolum üstə qonardı.Çağırardım, baxardı,Elə bil dil bilirdi,Elə bil ağlı vardı.Beləcə keçdi günlər,Belə ötüşdü aylar,Əriyib suya döndüLəpir-ləpir yağan qar.Yenə güllə-çiçəkləQayıtdı gəldi bahar,Yenə də hər gün səhərQondu budaqlar üstəDəstə-dəstə sərçələr.Yaxşı xatırımdadırBaxırdım pəncərədən,Ovucumda tutub dən,Öz quşumu çağırdım,Gəlib çiynimə qondu,Darıya baxdı sərçə,Sonra həsrətlə küçəSarıya baxdı sərçə.Bu dəfə quş nə uçdu,Nə də ki, dən dənlədi.Ürkək nəzərləriyləUzaqları dinlədi,Gördüm bir dəstə sərçəToz kimi, duman kimiÖz üstə cuman kimiAçıq pəncərəmizinQabağına qondular.Sanki mənim quşumunHəsrətini qandılar.Ona gəl deyirdilər,Sanki söyləyirdilər:

Daha bahardır,Səfası vardır,Açıb gül-çiçək.Çöllərdə boldurİndi qurd, böcək,

Gəl qoşul bizəDostumuz, gedək.Yerin istidir,Var suyun, dənin.Amma unutma,Sərçədir adın,Sərçədir sənin.Yeri budaqda,Dəni torpaqdaOlar sərçənin.İsti buxarı,Ovucda darı,Heç quş adınaYaraşmır sənin.Ovcumdan qalxdı tezQanad açdı bala quş.Evdə o baş bu başaBir də uçdu bala quş.Sonra başıma qondu,Çiynimə düşdü sərçə,Sanki mənimlə bir də,Bir də görüşdü sərçə.Pəncərədən şığıdıQoşuldu sərçələrə,Daha geri dönmədi,Qayıtmadı bir kərə.Yaxşı xatırımdadır.Neçə gecə yatmadım.Sərçəni unutmadımİndi də yerdə, göydəNə zaman quş görüncəElə bilirəm odur,Özüdür bala sərçə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов