Gecə xay, gecə ilıqÜrəyimdə qaynayanQıpqırmızı qan kimi!Xəyallarım aşır-daşırBaşım üstündəkiAylı-ulduzlu asiman kimi.Dünən bərli-bəzəkliAşqabad evlərindənBirində qonaq idik –Səhər uçacaq idik –Coşqun dəryalar kimiDalğalı, ləpəli görünən,Sinəsində əfi ilanlar sürünən,Bəzən başsız küləklərinharay qopardığı,Ağ qum dağlarınıBura-bura,Gah ora, gah bura,Vura-vuraAlıb apardığı,Qəlbi yanar, sinəsi qaynarSəhraların üzərindəDəmir qanadlarımızıAçacayıq!Səhər bir başaDönüb quşa,Aşqabaddan qalxıb,Nukusa sarıuçacayıq!Tələsirdik dünənDostlarım və mənGecəni qova-qova tələsənsəhər kimiƏlimizdə ling, çiynimizdə külüngOlmasa da,Tələsirdik işə tələsənFəhlələr kimi.

Gecə xay, gecə ilıqBir payız gecəsi,Suya batan, sudan çıxan,Gəmi pərlərinin səsiTanışdır, yaxındır,əzizdir necə!Kürün də qoynundaKeçirmişəm mənGöyləri tərtəmizAylı bir gecə.Onun hər ləpəsi,Mehriban səsiMənə,Öz oğluna,Şirin-şirinHikmətli, dərinLaylalar çalmış,Nəğmələr demiş.Burada da salıram nəzərMilə,Muğana bənzərYerlər var qumlu,Kollu.Ağaclar bitirSısqa, balaca,Əyri budaqlı, qollu.Başımız üstündəKəhkəşan dərinDoymaq olmur,Qurtulmaq daha çətinTilsimindənAylı-ulduzlu göylərinİstəyirəm bağıram,Yerləri, göyləri,Asimanı var səsimləÇağıram,Deyəm: – gəlin!Bax belə:

Arxanız yerə,ana torpağa,Üzünüz göyəulduza, aya baxa-baxadincəlin!Bəli, dincəlin!Bax, hər yan gözəl:Yer gözəl,göy gözəl,kəhkəşan gözəl!Uzaqda işığaNəzər yetir bir.O, nə şəhər deyil,O, nə kənd deyil...Çoban ocağının işığıdır,Belə titrəyir.Havanı iylə,Gör nə qoxuyur?Ucsuz-bucaqsız səhra,Qum, Saqsaul!Onda deyərsən: insan,çox yaşa!Qardaşım, var ol!Gözəl tanıyırsanÜstündə dayandığınAnamız torpağı!Hər yerəsəhraya, çölə, düzə,Dəymiş ayağın,Hər yerdən gəlmişQardaşım,Vətəndaşım,dünyadaşım, sorağın,Nur çilənmiş dağa-daşa.Yaşa, insan, yaşa!Haraya dəymiş ayağın,Haradan gəlmiş sorağın,Yaşıl, qırmızı gül-çiçək

Bəzəmiş oranı,Günəşli olmuş oranınGündüzü!Aylı-ulduzlu olmuşOranın gecəsi!Bax belə!Axan suların səsiGör nələr deyir qulağıma,Qoca Amu-DəryaAxa-axa,Axdığı səhraların döşünəQırmızı lalələrtaxa-taxa,Deyir: – arxası torpağa,Üzü göyə uzanan,Nə işləməkdən yorulan,Nə şirin xəyallardanəl çəkib usananBu torpağın – oğlu!Sən, məni ram elədinDemirəm qul kimi.Sən məni Uzboya çəkdin,Düz yola saldın,İstəkli oğul kimi!Çox yaşa! Var ol!Türküstan çölləriÇiçək açandaBu yerlərə bir də gəl,Dincəl!Sonra qoca Amu-DəryanınDüş qabağına,yol göster onaSuları can gətirsinVətən torpağına!Çöllər, düzlər, səhralarGirsin yaşıl,qırmızı dona!Beləcə,köpüklü sular kimiGünlər axsın!Türküstan çölləri ey, insan,Ey vətəndaşım,Aləmi heyran buraxsın!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов