Qoca təbiətin qanunu çoxdur,Bilinmir hesabı, bilinmir sanı,Bir kiçik qarışqa nədir ki, o daSirr olub, xəyala çəkir insanı.

İllərin günləri sapa düzülmüş,Payızın qışı var, qışın baharı,Çox alim yaşamış, çox alim ölmüş,Hələ sirr içində yaşayır arı.

Buludlar çaxnaşır, şimşəklər çaxır,Yağış, qar gətirir bizə fəsillər.Deyirəm tapacaq, tapacaq axırDünyanın sirrini gələn nəsillər.

Deyirlər ulduz var ucadan uca,Güclə görmək olar baxanda yerdən.Bizim günəşdən də milyon il qocaMilyon yekəlikdə! Hikmətə bax sən!

Bir insan ömrünə sığmayır cahan,Yüzü yaşayan da deyir azdır-az!Bu sirli dünyadan, gözəl dünyadan,Doğrusu bəs deyib ayrılmaq olmaz.

Qoca təbiətin çoxdur qanunuBilinmir hesabı, bilinmir sanı.Öyrənməkçün onu, sevməkçün onu,Min il yaşadaydı gərək insanı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе