Dedilər dostum xəstədir,yatır bərk,Getdim, soruşdum halını.Dedi: – Zəhrimar ürək!Dedim: – Səbəbi?..Dedi: – Özüm!Səni götürmədi gözüm,Onu götürmədi gözüm,Axırda özümügötürmədi gözüm.Halal eylə yediyimizDuzu, çörəyi...Dedim: – Qınama ağrıyanÜrəyi, sağalacaq!Tez ayağa qalx,Mənə bax,ona bax,Özünə bax,Bu dəfə gəl, ZeynalınSözünə bax:Ürəyin düz olsun,Gözünü tox elə,Dostun çox olar.Dostu çox olanınDərdi yox olar.

Dedim, əlini sıxdım,Çıxdım, üzü gülər!Bilmirəm qulaq asdı,AsmadıÖzü bilər...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов