Əzizim, bizim zamandaDeyirlər dəbdir,Əzənüzən xəstəlikƏsəbdir!Çalış bir sayaqlaÖzünü saxla!Bir də ağrıyır deyəÜrəyini tutma,Görən olar,Özünü qorxutmaKiçik ağrılarUzun sürən olar.Yüz il yaşarsan azı!Yüz baharı, yazıYola salarsanÜrək ağrılarıntuta-tuta.Şaqraq nəğmələrinÇatacaq buluda,Günə, AyaÜrəyin beləİşləyə-işləyə,Ağrıya-ağrıya.Çünki, qulaq as:Duyan ürəyin varağrıyır,olmasa,ağrımaz!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов