Bənna toz içində, torpaq içindəBir evdə son daşı qoydu daş üstə.O, cavan oğlandı boylu-buxunluİş vaxtı bir sözü vardı: “baş üstə”.

Qurtarıb binada bənna işini,Alnının tərini qoluyla sildi.Yığdı baltasını, malakeşini,Baxdı qurduğuna, qürurla güldü.

Axışdı birbəbir evə köçənlərMaşınlar həyətdə durdu yan-yana.– Kömək eləyəydin mümkünsə əgər...Bir qız yaxınlaşdı cavan oğlana.

Oğlan söz demədi, üç mərtəbəyəÇiynində daşıdı bir-bir şeyləri.Üstü toz-torpağa batmasın deyəÇəkildi kənara o gözəl pəri.

Sonra bir üçlük də uzadıb onaQız dedi: – bağışla deyən az oldu.– İstəməz, almaram, deyirəm bəlkə,Mənim gördüyüm iş yarıtmaz oldu?

– Çox sağ ol!– Eviniz mübarək olsun!Oğlan dönə-dönə etdi dil-ağızÜstü toz-torpaqlı cavan fəhləniRazılıq eyləyib yola saldı qız.

Tamam bir il ötdü bu əhvalatdanQıza elçi gəldi təzə mənzilə.Dedilər aləmdir adaxlı oğlan,Şöhrəti yayılıb obaya, elə.

Sonra qız anası el adətiləŞirin çay gətirdi düzdü süfrəyəElçilər könlü şən, üzləri razı,Dil-ağız etdilər “mübarək” deyə.

Oğlan da üzük taxdı yar barmağınaQız da arzusuna çatdı sevincək.Hamı zarafatla dedi oğlana:“Bu gündən bu evin oğlusan” demək.

Oğlan qımışaraq söylədi: – düzdür,Dövran saz gətirib deyən işimi.Burda üzükdən də qabaq qoymuşamBaltamı, kərkimi, malakeşimi.

... Gəl dedi, şeyləri daşı, əl yetirDedim gözüm üstə ay qız, fərəhlə.İndi adaxlımdır, sən işə bax bir,Bugünkü mühəndis, dünənki fəhlə.

Qız nə danışmadı, qız nə dinmədiOnun dağlar qədər sevinci vardı.Ayıb olmasaydı bəlkə kim bilirOğlanın boynunu qucaqlayardı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов