Biri qırxını yaşadı,Dördünü aldı, boşadı.Bütöv ürəyiniQara pul kimi xırdaladı.Hər evdə üç il, beş ilKişi çağrıldı adı,qonaq kimi.Amma,Heç kəsə ata olmadı,Heç kəsə ər.Yaşadı eşqdən, məhəbbətdənbixəbər.Biri ürəyini vurdu,boşadı.Biri başını yordu,boşadıKönlünə kim yatdı,Evdəkini atdı...Həyatın bir qatıNazik göründü ona,İki qatı qalın.Fikri, xəyalı bilinmədiBu hərdəmxəyalın.Necə deyərlər, özü üçünyaşadı.Gördü, bəyəndi, aldı,boşadı.Yorulub usanmadı,Ürəyi yanmadı –Buraxdığı gəlinlərə,Tifillərə.Bəzən qızlarBeləsinə niyə gedirGörən ərə?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов