Yorulmamışam
Sənət aləmində bir yolçuyam mənÖmür yarı olub, yorulmamışam.Budur, artıb yaşım, ağarıb başım,Dağlar qarı olub, yorulmamışam.
Min gözəl görmüşəm azı yaşımdan,Min bir canan keçib hər gün qarşımdanÇıxmayıb bir qızın eşqi başımdan,Etibarı olub, yorulmamışam.
Bilmişəm hər zaman, hər vaxt yerimi,Zorla güdməmişəm mən öz xeyrimi,Hər kəs dodaq büzür, büzsün, şeriminXiridarı olub, yorulmamışam.
Mən kölgə axtarıb daldalanmadım,Kölgəsiz, qov kimi birdən yanmadım,Kiçik şerlərim, balaca adım –Böyük varım olub, yorulmamışam.
Günlər keçirmişəm azad, bəxtiyar,Olmuşdur yolumda bəzən boran, qar...Amma bu ömrümün, günümün, dostlar,Çox baharı olub, yorulmamışam.
Əsiri olmadım şöhrətin, şanın,Demədim məndədir ağlı dünyanınVətənim – bu gözəl Azərbaycanın,Nəğməkarı olub, yorulmamışam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-cabbarzade-yorulmamisam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
İstərəm bir gülü nə bağü nə bostan gülüdürİstərəm bir gülü nə bağü nə bostan gülüdür,Bülbüləm bir gülə kim, rövzeyi-rizvan gülüdür.