1

Neçə gündür yazmamışam,
Sözlər qaçıb dağa-düzə.
Baxımsızlıq olan zaman
Söz özü də baxmır sözə.

2

Ən möhkəm körpü sözdür,
Sal dənizin üstündən.
Çirkab çayı –
Paxıllıq dalğalı
Qeybətin üstündən,
Küdurətin üstündən.
Çək onu eldən-elə,
Ölkədən-ölkəyə,
Ondan millətlər keçsin.
Məmləkətlər keçsin.
Saxlar,
uçulmaz,
dağılmaz
Günəş könüllü söz,
Məhəbbət özüllü söz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов