O qız kimə qismətdir?
Qız xəyala dalıbdır,Sən deyən də gözəl deyil...Amma sifətiniDərin fikirlər,xoş duyğularElə mükəmməlElə gözəlişləyib ki...Deyərsən, bu iş rəssamındır;Ən odlu bir ilhamındır.Cizgilər hamısı tamamAralarında bir boş nöqtə belə yox,Hamısı taram.Üzündə, alnında,GözlərindəTəbəssümün şəffaf rəngi var;Kamillik ahəngi var.Gözlərində intəhasızlıq qərq olub;Baxışları dərin, -Gün şüası kimi uzun.Hansı planetə qədərsə yol gedir:Kökü ürəkdədir.Qız baxır birbaşa ürəkdən.Gözləri ulduzla,günəşləmusiqiylə, dünyayla dolu,Bu qıza rast gələcək hansı idrak oğlu?Əlbət, beləsi var dünyada...Mənim də arzumdur.Belə qızaLayiq olmaq üçünHeç olmasa birulduz kəşf edib,
ona bu qızınadını qoyaydı.Yaxşı oğlan olaydı,Yaxşı oğlan olaydı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-o-qiz-kime-qismetdir
Клавиши ← → для перехода, R — случайное стихотворение