Gül və çörək
O vaxt gül yada düşmürdü,Gülü çörək əvəz edirdi...Gülü çörək məhv etmişdi...Gülü çörək yemişdi.İnsanlar daçörəyiyemək istəyirdilər,Çörək özü də gizlənirdi.İnsanlar da gizləyirdilər.Oğlanla qız görüşdülər,Ataların,qardaşlarınayrılıq dünyasında.Burda yad olsa da,Onlar yeriyirdilər yavaş-yavaşMüharibə gedənŞimalda, buz səhrasında,Oğlan qıza bir parça çörək verdi.200 qram.200 qram səadət.Amma qara,sızaq, -yaxşı bişməmiş,yetişməmiş səadət.Qız alır utana-utana,Arxasında gizlədir yana-yana.Gəncliyi,könlünün ilk kövrək,titrəksözü kimi.Aclığın Günəş batmamışdandüşən,dünyanın ən qaranlığı olangecəsində
Göz qamaşdırıb yanan,Diksinib oyanan səadət gündüzü kimi.Oğlan yenə baxır."Ye" demir ki, utandırar.Qız bölür çörəyi dərdi kimi yarı.Oğlan alır çörəyi –bu ən qalın kitabmı,İlk eşqinə cavabmı?Yeyirlər yavaş-yavaş, -qorxurlar ki, qurtara.Yeyirlər dadına vara-varadünya xətirli,arpa ətirli,həsrət tündlükdə,vüsal şirinlikdə,damla olub yeri-göyü əks edən loğmanıulduz-ulduz,zərrə-zərrə yeyirlər.Başlarını bir-birinə söykəyirlər,Yeyirlər ordumuz qürbət tozları arasındabir şəhəri keçənə qədər.Hitler Reyxin binasındanYeraltı bunkerə köçənə qədər.Dururlar,bir-birinə verirlər əllərini.Əllər öpür bir-birini.Beş ağ qanadlı bir sevinc varÜrək kimi titrəyən ovcunda oğlanın.Uçurlardumanları,şimşəkləri,ildırımlarıiçində həyəcanın.Səhərdən bəri burdadırlar.Axı, bircə an keçib,Zaman onların ömründən bircə damlaiçib.
Axı, bir anın qoynunda bu qədəroturmaq olarmı?durmaq olarmı?Bəlkə bu an zamandan qopub düşüb,İstəməyib onlardan ayrıla.Onlar gedir xəyala.Gözləri yaşarır,Bir anın səltənətində bütün dava illəritutur qərar.Loğma dağdan aşırar,Bu loğmasaonları davadan aşırır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/eli-kerim-gul-ve-corek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən belə bilsəydim könlümün dəli,Sərsəri vaxtında atardım səni.
Nə bu dərd gərəkdir uşaqlar üçünNə bu dərd gərəkdir uşaqlar üçün,Nə də aramızda bu narazılıq.
Otağı doldurub yenə tənhalıqOtağı doldurub yenə tənhalıq,Bir udum havaya yer qoymamışdır.
Bir vaxt gec olacaqBir vaxt gec olacaq,peşimançılıq
Стихи других поэтов
Qarşıdakı qarlıca dağı gördünmi?Yoldurmuş əyyamın, əriyib gedər.
Bir bikəsi-zarəm, vətənimdə vətənim yoxBir bikəsi-zarəm, vətənimdə vətənim yox,Bir bülbüli-bibalu pərəm, vay, cəmənim yox!
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar