Qarşıdakı qarlıca dağı gördünmi?Yoldurmuş əyyamın, əriyib gedər.Axan sulardan sən ibrət aldınmı?Yüzünü yerlərə sürüyüb gedər.

Qadirsən, ey ulu şahım, qadirsən,Hər nerəyə baxsan, onda hazirsən.Üstümüzdə dörd guşəli çadirsən,Cümləmizi birdən bürüyüb gedər.

Sıra-sıra gələn ol ulu quşlar,Sirli olur, yaxmaz onu günəşlər,Əvvəl-əzəl meyvə verən ağaclar,Onlar da qalmayıb çürüyüb gedər.

Dərindir bizim dəryamız, boylanmaz,Min bir kəlam desəm, biri anlanmaz.Kişi iqrarsız yollara yollanmaz,Yolları qoynunda yürüyüb gedər.

Şəh Xətayim söylər sözü özündən,Dərvişlərin sağınıbdır gözündən,Olur-olmaz münkirlərin sözündən,Əsriyib könlümüz, farıyıb gedər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов