Ol sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.

Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim,Can şikarım, suvlu yarım, canımın cananıdır.

Dün səba gəldi məna xoş-xoş müənbər buy ilə,Ğaliya, ol məhliqanın zülfi-müşkəfşanıdır.

Ey könül, hicran ğəmindən çox şikayət qılma kim,Aşiqə cövri, cəfası lütf ilə ehsanıdır.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai şerinə eyb etmə, ey nakəs həsud,Cümlə üşşaq əhlinə həmdəm, onun divanıdır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви