Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Mən mənəm mən, kim, qəbuli-həzrəti-şahəm bu gün,Xəl’əti-şahi geyib, məqbuli-dərgahəm bu gün.
Müjdeyi-rahət yetişdi yeridən, ey müddəi,Sən çəkərsən canü mən bər həsbi-dilxahəm bu gün.
Çün yetürdüm halimi ol şahi-xuban ərzinə,Ğəm yemə dedi ki, mən halından agahəm bu gün.
Malü mülki tərk edib oldum eşigindən bir it,Dün gəda irdim və leykən sahibi-cahəm bu gün.
Макта — последний бейт с тахаллусом поэта. Kişvəri gər iltimas etsə ki, oldürgil məni,Gər sevirsən Tanrı(nı) demə ki, fərda həm bu gün.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-men-menem-men-kim-qebuli-hezreti-sahem-bu-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey pəri, sənsiz pərişan ruzigarəm doğrusu,Sən gedəldən bərlü bisəbrü qərarəm doğrusu.
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü MaçinimƏbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.
Ey xərməni-gül, gülşəni-rüxsarına qurbanEy xərməni-gül, gülşəni-rüxsarına qurban,Sərvi-çəməni, qamətü rəftarına qurban.
Munca qan tökməkdən, ey xunxar, usanmazmısanMunca qan tökməkdən, ey xunxar, usanmazmısan,Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?