Sənsən, ey Leyli, məni-Məcnuni rüsva eyləyən,Könlümi çak eyləyib, canim ara ca eyləyən.

Şuxilər mehman kibi könlüm evin məskən qılıb,Mərdümi-çeşmim təki çeşm içrə mə’va eyləyən.Nola gər sorsan məni-rüsvayi-aləm halini,Ey məni bu hal ilən aləmdə rüsva eyləyən.

Bolma qafil kim, canazəmdən çıxar hər yan şərər,Ey çıxıb tabutum ardınca tamaşa eyləyən.

Yoluna baş qoymuşam, çünki əyağım qalmadı,Ey saçın tək Kişvərini bisərü pa eyləyən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов