Rəqib bir gecə kim, yanında sahib ixtiyar olsun,Nə dərdim var mənim andan, mana tək yar yar olsun.

Sənün eşqində can vermək mana asandurur, cana,Əgər qövlün ola, qövlü qərarın bərqərar olsun.

Yüzin tək bir güli-cənnət daxı mümkin iməz bitmək,Gərək hər yil cəhan gülzaridə yüz min bəhar olsun.

Neçə xurşid ilə ay, qılsalar gög səqfində cövlan,Götür bürqə’ cəmalından kim, anlar şərmisar olsun.

Макта — последний бейт с тахаллусом поэта. Dəhanın vəsfini kim, söylərəm ey ğönçeyi-xəndan,Edür hər kim eşitsə, Kişvərinin ağzı var olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви