Mə’şuqə könlündə vəfa yox, çeşmi-giryan neyləsün,Bitməz çü səngi-xarədən gülbərgi-baran neyləsün.

Derlər ki, dərman eyləməz eşq əhli dərdinə təbib,Kə’bətələb namərddür, xari-muğilan neyləsün.

Tiri-bəladən qorxuban kuyinə girməz müddəi,Hiç kimsədən çün dərd yox, biçarə dərman neyləsün.

Könlüm sana mehman olub, çeşmin tökər qanı anun,Çün xanə xah cəlladdur, biçarə, mehman neyləsün.

Demə ki, sultandan mana, təfrişi-dövlət gəlmədi,Hər xəlqə layiq iməz, hər bəndə sultan neyləsün.

Mən aşiqəm, ey pəndgu bolmaz nəsihət kar, gər,Səhrayə düşmiş tilbə rəb, ayati-Qur’an neyləsün.

Макта — последний бейт с тахаллусом поэта. Lə’li-ləbindür gövhəri kim, qədri bilməz Kişvəri,Naqis düşüpdür cövhəri, lə’li-Bədəxşan neyləsün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви