Zülf açıb qıl cilvə kim, tavus rə’nalanmasun,Tutiyə görsət xəti-səbzin şəkərxalanmasun.

Sübhi-dəm gülşəndə xabi-nazdən açgil gözün,Bir qıya bax nərgisə, bağ içrə şəhlalanmasun.Zahidə görkəz yüzün birlə qaşın mehrabiniKim, unutsun məscidü mehrabi mə’valanmasun.

Kakilin sevdasinə düşgəc utuzdum dinü dil,Heç müsəlman bu pərişan fikri sövdalanmasun.

Bülbüli-nalan əgər gül vəsfini çox söyləyə,Kişvəri şe’rini ərz etgil ki, qövğalanmasun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе