Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur
Köhlü mazağülbəsər ol çeşmi-fəttanındadur,Abi-heyvan çeşməsi çahi-zənəxdanındadur,Şaxi-Tuba şivəsi sərvi-xuramanındadur,“Şol pəri-peykər ki, dil zülfi-pərişanındadur,Ayəti-hüsnü məlahət şol pəri şanındadur”.
Şəkkərin şirinligi vü badənin keyfiyyəti,Ğönçənin xəndanlığı, yaquti-nabın qiyməti,Xızrın ənfası bilə, abi-həyatın şərbəti,“Səlsəbilin lütfivü heyvan suyunun ləzzəti,Kövsərin mahiyyəti lə’li-dürəfşanındadur”.
Ey mənim giryan gözüm basan əyağın birlə sən,Kiprigimdə batmasun nazik əyağına tikən,Piri-Kən’anəm mənü sən Yusifi gülpirəhən“Ənbərin xalın ləbi-lə’lində, ey ğönçə dəhən,Daği-həsrətdür ki, mən dilxəstənin canındadur”.
Verdi baği-hüsn içində qüdrəti-pərvərdigar,Ol nihali-tazəyə nazü girişmə, bərgü bar,Qaməti sərvi-behişti, arizi xürrəm bəhar,“Gövhəri eylər xəcil, yaquti eylər şərmsar,Bu lətafət kim, anun ləb birlə dəndanındadur”.Necə kim, mə’şuqidən aşiq bəlavü ğəm çəkər,Çarəsi təslimdür, hökmi-qəzadən kim qaçər?Çün bilür kim, aqibət başı bu meydanda gedər,“Zülfünün çovkanına başına top etmək dilər,Hər kim ol çabüksəvarun eşqi meydanındadur”.
Xəlq deyər kim, aşiq olur həşr güni rusiyah,Gər günəh aşiqlik isə, kimsəyə irməz günah,Şükr kim, məhrum qoymaz heç kim lütfi-ilah,“Cənnətə girməzdilər kafər ol zülfi-siyah,Bəs nə yüzlən məskəni hüsnün gülüstanındadur”.
Yek cəhət görgil sənünlən Kişvəriyyi-xəstənin,Bənzər idi ağzına, beynin çıxardı püstənin,Aşiqi-zarındurur çun sən yüzi güldəstənin,“Hey deyəydin türrənə, ey kim, Nizami-xəstənin,Canını zülm ilə alıb, qəsdi imanındadur”.
Kitabxana.az · https://kitabxana.az/ru/works/kisveri-kohlu-mazagulbeser-ol-cesmi-fettanindadur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey qönçeyi-firdovs, ləbin bikəmü keyf,Yüzünə birar xali-vəfa yoxluğu heyf.
Ey vay ki, qaldım yenə qürbətdə qəribEy vay ki, qaldım yenə qürbətdə qərib,Nə yarü nə qəmxarü nə həmdəm, nə təbib.
Qürbətdə kişi istəsə mavayi-qəribQürbətdə kişi istəsə mavayi-qərib,Bir guşeyi-viranə irür cayi-qərib.
Yüz şükr ki, sərf eylədim əyyami-şəbabYüz şükr ki, sərf eylədim əyyami-şəbab,Məhbubü şərab ilə məni-xanəxərab;
Стихи других поэтов · О любви
دلی داری که گرد غم نگردد
Bənzisən qızılgülə sənSəni xuda yaradıb, dilbəra, deyib-güləsən,Nəinki sallayasan qaşqabağuvi belə sən!
Lənət şairliyiməDurma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,