Oğlan keçdi orbiti,Oğlan boylandı yerə:Torpaq uclu-bucaqlı,Balaca,göy dairəHansı səmtdədir, görən,Evi?Şəhəri?Kəndi?Ev nədir,Şəhər nədir,Ölkələri tap indi.İşıqlar da birləşib,Yaşıllıqlar da birdir.Buyur, varsa hünərin,Ayır onları bir-bir.Evin evlər içində,Evlər də ki, evində.Sevilən ömr eləyir.Yerin hər tərəfindəDağ da, daş da, dəniz dəBir evdə məskən qurur.Zərrəyə dünya sığırZərrə ərzi doldurur.Bu el çatan zirvədənBaxsan aşağı əgər,Yer əzizdir,gözəldir,Balacadır nə qədər.Məhv eləmək də olar,Yaşatmaq da.Bu zamanSanki diksindi oğlanUzaq gurultulardan:Qucaqladı xəyalən

Evi boyda dünyanı,Dünya boyda evinio, bərk-bərk,Fəzalardan asılmışMavi rəngli nənnitək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов