Əsərlər
Мамед Эмин Расулзаде- Эссе
- XX век
- 3 произведения
- Время чтения: 1 ч 15 мин
EY GƏNCLİK!
Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:
— Bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək və bu yolda ya qazi və ya şəhid olacaqsan!