AĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,İndi alımını al, Keşişoğlu.Tutar qulağından qoşar xırmana,Sənsən ağzıbağlı mal, Keşişoğlu.

KEŞİŞOĞLU:Qulluq et ustaya, olmaynan naşı,Tökərəm gözündən al-qanlı yaşı,Hər uşaq bu sözdən çıxarmaz başı,Kirimiş yerində qal, Allahverdi.

AĞ AŞIQ ALLAHVERDİ:Bir qulaq as sən də bu tək səbirə,Sən tək tülkü neylər mən tək bəbirə,Tutar cənazəndən qoyaram qəbrə,Döşərəm üstündən sal, Keşişoğlu.

KEŞİŞOĞLU:Keşişoğlu içib kövsərdən bir cam,Təcnisi, təxmisi söyləyir tamam.Yetişsin dadıma Sahib-əz-zaman,Ol mənim yanımda lal, Allahverdi.

AĞ AŞIQ ALLAHVERDİ:Ağ Aşıq qorxmazdı pələngdən, şirdən,Almışam dərsimi ustadı-pirdən.Xaliq Allah salmaz məni nəzrdən,Otur, sən yerində qal, Keşişoğlu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви