Vətənimdən cida düşdüm,Bəy əlindən, xan əlindən.Heç birində insaf yoxdur,Onların aman əlindən.

Rəiyyət qərq olur qəmə,Dərdimizi deyək kimə.Zəhrimardı, alıb yeməKəndxudanın nan əlindən.

Allahverdi dostu yoxlar,Öz dərdini canda saxlar,Köksünə tuşlandı oxlar,Dilbilməz nadan əlindən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов