Gəl-gəl
Tez gəl, a mehriban, tez gəl, amandı,Dilimin, zikrimin əzbəri, gəl-gəl.Aləm ağ günəşdi, könlüm dumandı,Sənsən işiqladan göyləri, gəl-gəl.
Az qalıb əlimdə alışa sazım,Göydə durnaları saxlar avazım.Qayada kəkliyim, çaylarda qazım,Göllərdə yaşılbaş nazpəri, gəl-gəl.
Gözlərin qaradı, telin burmadı,Sözlərin kişmişdi, dilin xurmadı.Getdi əqli-huşum, ürək durmadı,Quruldu ədalət məşəli, gəl-gəl.
Söyüdlü çayında, Qonur dağında,Sonalar, mələklər solu, sağında.Suyu şərbət olan buz bulağın da,Kişmişi, xurması, şəkəri, gəl-gəl.
Qurban həm aşıqdı, həm də ki, şair,Haqqın hər vergisi bəndəyə dair.Mən dəli-divanə, sən müqəddəs pir,Olmamış ruh xəstə, sərsəri, gəl-gəl.
Kitabxana.az · https://kitabxana.az/ru/works/agdabanli-qurban-gel-gel
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Başına döndüyüm, a Şirvan əhli,Nə şəhər əhliyəm, nə də kənd əhli.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Üç gözəlPirsahat çaydan keçdim,Çay üstə üç gözəl gördüm,