Çatarmı
Xanlar bəyə şikayətə gəlirəm,Sənin ona zor, qüvvətin çatarmı?Çəksə qılmcmı, girsə meydana,Vuruşmağa cəsarətin çatarmı?
Xanlar bəy əyləşib Ağrı dağmda,Neçə pəhləvanlar solu sağmda,Bu coşqun sinəmin odlu çağmda,Allam canm, heç fürsətin çatarmı?
Niyə boş-boş danışırsan əfsana,Özündən basırsan çox yekəxana,Görərlər kim kimi boyalar qana,Qoçuluğa qabliyyətin çatarmı?
Kürd Məlik tək nə giribsən meydana,Diqqət elə qarşmdakı oğlana,Gərək qiymət qoysun insan insana,İnsanlığa xasiyyətin çatarmı?
Alı deyər: eşq ucundan xəstəyəm,Dava meydanında kəmərbəstəyəm,Özüm nişanlıyam, murad üstəyəm,Cavanlığa sədaqətin çatarmı?
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-catarmi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Müshəfi-hüsnün, ey günəş-rüxsar,Oxunur hər gün ərz ü səmadə,
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
DərdimiZəhmət ilən bağça saldım becərdim,Müştaq oldu qəmxarına ha dərdim.
Mənim ol, suvlu yarım gəldi xoşdurMənim ol, suvlu yarım gəldi xoşdur,Əlimə ol nigarım gəldi xoşdur.