Dərs alanlar gəlib məndən dərs alsın,Sinəmin dəftərin açıram bu gün.Bir quş kimi, qalmış idim yuvada,Dövr edib havada uçuram bu gün.

Necə oldu atam, nec oldu anam,Dağıldı hasarım, pozuldu binam,Yüklənibdi qəflə, qatır, barxanam,Bu yurddan o yurda köçürəm bu gün.

Aşıg Alı mindi seçərdən atı,Oxudu üzünə əcəl baratı,Qıldan çox nazikdi, qilıncdan iti,Sirat körpüsündən keçirəm bu gün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине