Aşıq YığbalKəndinə aşığam deyən,Aşıqsan, meydana gəl.Namərd girməz meydanıma,Mərd ol, mərdanə gəl.İgid olan kəndisini,Öyməyi layiq deyil,Al əlinə çunqurunu,Bu cəngi-dövrana gəl.

Aşıq AlıMən dəryayam, sən adasan,Axır sən ümmana gəl.Mən danışım, sən qulaq ver,Mərifət qanana gəl.Sən satansan, mən alanam,Açginən dükanmı,Malmı nadana satma,Matahm alana gəl.

Aşıq YığbalEy arif, paşam yanında,Sənə söylərəm mədhi.Mərifəti, təriqəti,Anla, qan həqiqəti.İsəvisən İncili sev,Musəvisən Tövratı.Məhəmmədin hümmətisən,Boyun qoy, Qurana gəl.

Aşıq Alıİsəviyəm, Musəviyəm,Hər nəyəm öz yolumda.Həqiqətdən xəbər verrəm,Mərifət kamalında.İndi paşa qulluğunda,Sədrəzəm yanında,Haqqınan divan kəssinlər,Ədalət divana gəl.

Aşıq YığbalMən Yığbala bir salam ver,Soruşum halm görüm.Həqiqət haqq aşığısan,Söylə kamalm görüm.İncil, Zəbur, Tövrat, Quran,Göstər kitabm görüm.Dostum, əgər bütpərəstsən,Bu nari pirana gəl.

Aşıq AlıAdımdı Aşıq Alı,Fərzü sünnət qılıram,“Əlif” Allahm adıdı,“Tey” təbarək, qəni Allah,Ona səcdə qılıram.Xilqətim Adəm atadı,Sən xaki-yeksana gəl.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви