Gözəllər şahıdı nazlı nigarım,Heç kim bu Bəsdiyə tay ola bilməz.Xilqətinə xudasından verilən,Bundan qeyrə cəlil pay ola bilməz.

Buğdayıya qara dedin, a zalım!Bir an görməyəndə pozulur halım.Odu pəri nisbət şəmsi-camalım,Nisbətinə ulduz, ay ola bilməz.

Şəms oldum aləmə aqil sözümlə,Ucalmışam, cəfalara dözümlə.Nainsaf, seyr eylə yarı gözümlə,Hilal qaşı kimi yay ola bilməz.

Kənaram qüssədən başdan-binadan,Cəlil xilqət törər cəmil anadan.Alı gövhər sərrafıdı, a nadan,İnşallah, cəfası zay ola bilməz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви