Cəfa çəkdim yar yolunda,Heyif, eşqim hədər oldu.Yar firqəti üzdü canım,Ömrüm ah-vay, kədər oldu.

Cəhd eylədi bir neçələr,Ömrümə hicran seçələr.Yol verməyin dar küçələr,Yar atlanıb gedər oldu.

Cüda düşər, keçər dağlar,Gülsüz qalar bizim bağlar.Alı tənha qalar, ağlar,Dərdim dağlar qədər oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви