Qırmızı
Həzrət əmir bayram günüGeyinib don qırmızı,İsmayıla gəldi qurbanTöküldü qan-qırmızı.Oxudu "İsmi-əzəm"iBağladı zülfüqarı,Çaldı qılıncı Əntərə,Oldu meydan qırmızı.
Buyurun mirzələrəBelə yazsın yazını,Öz-özünə fikr eyləsinXub danışsın sözünü.Aşıq gərək püxtə olsunXam bilməsin özünü,Girsin eşqin kürəsindəPişsin büryan qırmızı.
Deyər Aşıq Alı uçubBu könlümün pərgarı,Ustada qulluq etməyənKim olar xiridarı.Mənnən bəhsə duran aşıqGəlsin dursun üz barı,Sərraf mənəm, istiyirəmLəli-mərcan qırmızı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-qirmizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Ay ağalar, sizə tərif eyləyim,Nə iş tutub üzü qarə Murad xan.
AyılmazQəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
Ey dan ulduzuQaranlıq gecədə səni gözləyib,Durmaqdan yoruldum, ey dan ulduzu!