Havalanma, dəli könül,Zorunan işin nədi?Mənsur təki HələbdəDannan işin nədi?Tut orucun, qıl namazın,Şükür et Allahına,Yoxsulsan alçaqdan yeri,Varınan işin nədi?

Mənəm deyən başa varmaz,Mənəm demə gerdə dur.Əl ki gördün qan içində,Çək ətəyin gerdə dur.Həqiqət, mərifət haqdır,Təriqətdə gerdə dur.Kəc baxma ustad yoluna,Pirinən işin nədi?

Gəl, biçarə Aşıq Alı,Qafil olma dilindən,Şükr eylə iqbalına,Cüda düşmə elindən,Əl uzatma hər deşiyə,Şahmar vurar əlindən,Sən ki, ovsunçu deyilsən,Marınan işin nədi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов