Uludu
Aşıq İqbalO nədi ki, otuzunda cavandı?On beşində çox böyükdü, uludu?O nədi ki, dili iki, sirri bir,Hansı dərya hər dəryadan doludu?
Aşıq AlıO aydı ki, otuzunda cavandı,On beşində ululardan uludu.O qələmdi, dili iki, sirri bir,Elm dəryası hər dəryadan doludu.
Aşıq İqbalO nədi ki, üç ay dağlar bürünür?O nədi ki, əl dəyməmiş hörünür?O nədi ki, əmanətnən verilir?O nədi ki, o da onun gülüdü?
Aşıq AlıO qardı ki, üç ay dağlar bürünür,O könüldü, əl dəyməmiş hörünür.O uruhdu, əmanətnən verilir,İlqar, iman diriliyin gülüdür.
Aşıq İqbalO nədi ki, haqq yanında nahaqdı?O nədi ki, yerə-göyə dayaqdı?O kimdi ki, yatmayıbdı, oyaqdı?Aşıq İqbal hər elmdən halıdı.
Aşıq AlıO böhtandı, haqq yanında nahaqdı,Haqq nəzəri yerə, göyə dayaqdı.Haqq özüdü, yatmayıbdı, oyaqdı,Bu sözləri açan Aşıq Alıdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-ali-uludu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
DanışAşıq Pəri**Şairi-sənsən zəmanə, mərdi-meydandan danış,